Bütün dünyaya insan hüquqlarının müdafiəsini diqtə edən İngiltərədə gənc qadın işgəncəyə məruz qalıb.
BAKU.WS-in xatici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxt Londonda baş verib.
Sevgilisi Marta Dolak adlı modeli Maykl Qudvin tərəfindən evinə dəvət edilib. Qadın evə daxil olan kimi qapıları kilidləyərək döyməyə başlayıb.
Zərbələrin gücündən huşunu itirən qadın, özünə gəldikdən sonra üz-gözünün nə vəziyyətdə olduğunu görmək üçün selfi çəkib. Şəkildə aldığı zərbələrdən bərbad hala düşdüyünün görüb və fotoları rəfiqəsinə göndərərək kömək istəyib.
Polis mesaj göndərilən məkanı müəyyən edərək qadını xilas edib. Qadının sevgilisi Maykl Qudvin isə bir müddət sonra polislər tərəfindən saxlanılıb.