ABŞ-da həvəskar pilot birmühərrikli təyyarəni küçənin ortasına endirib.
Axar.az xəbər verir ki, olayın videosu sosial şəbəkələrdə yayılıb. Hadisə 1 iyunda Hantinqton-Biç şəhərində (Kaliforniya) baş verib.
Polis aydınlaşdırıb ki, pilot mühərrikdəki problem səbəbindən aeroporta qədər uçmaq imkanı olmadığı üçün bu qərarı verib.
Enişdə heç bir problem baş verməyib və kimsə xəsarət almayıb.