Загрузка...

Futbol üzrə Danimarka yığması Dünya çempionatı- 2018-ə yollanacaq komandanın yekun heyətini açıqlayıb. 23 oyunçudan ibarət heyətə “Rusenborq”un mayda Norveç çempionatında zədə almış hücumçusu Niklas Bendtner düşməyib.

“Report” xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Danimarka millisinin tam heyəti aşağıdakı şəkildədir:

Qapıçılar: Rennov (“Brondbü”), Lossl (“Haddersfild Taun”), K. Şmeyhel (“Lester Siti”);

Müdafiəçilər: Kristensen (“Çelsi”), Dalsqor (“Brentford”), Vesterqor (“Borussiya” M), Yens Larsen (“Udineze”), Knudsen (“İpsviç Taun”), Matias Yorqensen (“Haddersfild Taun”), Kyer (“Sevilya”);

Yarımmüdafiəçi: Eriksen (“Tottenhem Hotspur”), Şone (“Ayaks”), Leraqer (“Bordo”), Kron-Deli (“Deportivo”), Deleyni (“Verder”), Kvist (“Kopenhagen”);

Hücumçu: Kornelius (“Atalanta”), Dolberq (“Ayaks”), Braytvayt (“Bordo”), Nikolay Yorgensen (“Feyenoord”), Sisto (“Selta”), Fişer (“Kopenhagen”), Yusuf Poulsen (“RB Leypsiq”).

Danimarka DÇ-2018-in qrup mərhələsində Fransa, Peru və Avstraliya ilə mübarizə aparacaq.