Загрузка...

Düşmənin hücumuna on qat cavab verəcəyik.

APA-nın məlumatın görə, bunu İranın ali dini lideri Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında deyib.

O, İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: “Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik. Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.

Ayətullah Xameneinin sözlərinə görə, bəzi Avropa ölkələri İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər: “Mən bu dövlətlərə deyirəm, sizin xəyallarınız gerçəkləşməyəcək”.

Ayətullah Xamenei qeyd edib ki, İran xalqı və dövləti nə sanksiyanın olmasını, nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik borcludur ki, tez bir zamanda Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın”.