Загрузка...

İyunun 2-də Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında “Glory 54” turniri keçirilib.

Medianews.az-ın oxu.az-a istinadla məlumatına görə, Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev yarımorta çəki dərəcəsində final döyüşündə Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gəlib.

Beş raundluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib.

Döyüşdən sonra Qriqoryan etiraf edib ki, diz ilə çox zərbə buraxıb.

Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşü idi.

A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.