Rusiya lideri Vladimir Putin 1 iyun – Ümumdünya uşaqların müdafiəsi günü ilə bağlı Aleksandrovski sarayında keçirilən mərasim zamanı körpənin ağlamasından dolayı çıxışını iki dəfə dayandırıb.
Axar.az xəbər verir ki, birinci dəfə prezident “Anasına aparmaq lazımdır, bir azdan sakitləşər” deyərək nitqini dayandırıb.
Daha sonra uşağın sakitləşmədiyini görən dövlət başçısı, “Balacanı qorxudublar. Heç nə olmaz, indicə sakitləşər” deyərək çıxışına fasilə verib və daha sonra davam edib.