Загрузка...

1900-cu ildə avstraliyalı həkim Karl Lendştayner tərəfindən kəşf edilən qan qupları 1930-cu ildə ona Nobel mükafatı qazandırıb.

Publika.az xəbər verir ki, o gündən bəri elm adamları qan qruplarının biologiyasına dair daha dərin bilgilərə sahib olmaq üçün daha güclü metodlar kəşf edib. Aparılan araşdırmalar nəticəsində qan qrupları haqqında daha qəribə məlumatlara, məsələn, irsi keçid, sağlamlığımız üzərindəki təsirləri kimi məlumatlar üzə çıxıb. Lakin digər tərəfdən qan qrupları ilə bağlı hələ ki, insanlara məlum olmayan bəzi sirli məqamlar mövcuddur.

Müasir tibb sayəsində insanların kəşf edə bildiyi və həyat qurtaran bir çox bilgi tarixin böyük bir qismində insanlara xəyal kimi görünüb. İntibah dövrünün həkimləri xəstələrinin damarına əlavə qan yeridiləndə nələr baş verə biləcəyini düşünmüş, hətta bir çox xəstəliyin bu yolla sağala biləcəyini ehtimal etmişlər. Nəhayət, 1600-cü illərdə bir neçə həkim bu fikri sınaqdan keçirmiş, ancaq təəssüf ki, sınaq qorxunc nəticələrə yol açmışdır.

Fransalı həkim bir buzovun qanını ağır bioloji və fizioloji simptomları olan dəliyə vurub, bir neçə inyeksiyadan sonra xəstə dünyasını dəyişib. Bütün bu mənfi təcrübələr nəticəsində qan köçürməsi növbəti 150 il boyunca insanlar arasında pis ad çıxarıb.

19-cu əsrdə yalnız bir neçə həkim proseduru təkrar təcrübədən keçirmək üçün müzakirələrə başlayıb. Doğum əsnasında bəzi qadınların qan çatışmazlığından dünyasını dəyişməsindən sonra 1817-ci ildə ingiltərəli Ceyms Blundell “tale” kimi göstərilən bu durumu rədd edib və xəstələrin qan köçürülməsi ilə həyatının xilas edilməsinin mümkün olduğunu irəli sürüb.

İnsanlarda niyə 4 qan qrupu mövcuddur? - Minillərdən gələn SİRR

Blundell ilk olaraq xəstələrə yalnız insan qanı köçürülə biləcəyinə qərar verib. Ancaq o günə kimi heç kim belə bir köçürməni sınaqdan keçirməyib. Təslim olmayan Blundell sağlam donordan xəstəyə qan köçürülməsini təmin edən alətlər düzəldib. Hazırlanan “cihaz” itlər üzərində sınaqdan keçirilib və daha sonra həkim ölümcül xəstə olan bir insanı müalicə etmək qərarına gəlib. Xəstənin yaşaması üçün tək şans qan köçürülməsi olub. Bir neçə donor Blundellə 400 ml qan hədiyyə edib. Qoldan gerçəkləşdirilən qan köçürməsindən sonra xəstə özünü daha yaxşı hiss etdiyini bildirib, lakin iki gün sonra dünyasını dəyişib.

Sınağı uğursuz alınsa da, Blundell təslim olmayıb və qan köçürməsinin insanlıq üçün böyük faydaları ola biləcəyinə özünü inandırıb. O, növbəti illərdə də fərqli xəstələrə qan köçürməsi prosedurunu tətbiq edib. Toplamda 10 uğurlu qan köçürməsindən sonra yalnız 4 xəstə yaşamağa davam edib.

Bundan sonra bəzi həkimlər də eyni metoddan istifadə etsə də, onlarda da eyni uğursuz nəticə alınıb. 1870-ci illərdə isə qan köçürmələrində süddən istifadə edilməyə başlanılıb, ancaq bu uğursuz və təhlükəli metod da daxil olmaqla bütün metodlar faciə doğurub.

Blundell insanlara qan köçürülməsi mövzusunda haqlı idi. Ancaq o, qan barəsində başqa bir önəmli gerçəyin fərqində deyildi: insanlar ancaq müəyyən insanlardan qan ala bilər. Blundellin gözdən qaçırdığı bu bəsit gerçəklik onun bəzi xəstələrini ölümə düçar edib.

Bu ölümləri daha tragik edən isə bəsit bir prosedurun nəticəsində bir neçə on il keçdikdən sonra kəşf edilən qan qruplarıdır.

19-cu əsrdə tətbiq edilən qanköçürmələrin niyə uğursuz alındığına dair ilk ipucları qan qruplarına işarə edirdi. 1800-cü illərin sonunda elm adamları fərqli insanlardan götürülən qanları test balonlarında qarışdırarkən qırmızı qan hüceyrələrinin bir-birinə yapışdığının fərqinə varıb. Ancaq alınan qanlar, adətən, xəstə insanlardan götürüldüyü üçün elm adamları bu durumu araşdırmağa lüzum görməyib.

Heç kimsə sağlam insanların qanının bir-birinə qarışması ilə nələr baş verə biləcəyini araşdırmayıb. Ta ki, Karl Lendşteynerə qədər. Lendşteyner sağlam insanlardan götürülən qanların qarışığında bu qruplaşmaların olduğunu müşahidə edib. Özü də daxil olmaqla, laboratoriyadakı hər kəsdən qan götürüb və daha dərindən incələməyə başlayıb. Hər örnək qırmızı qan hüceyrəsi və plazmaya ayrıldıqdan sonra qanın plazma bölümü başqa bir insanın qan hüceyrələri ilə birləşdirilib.

Doktor birləşmənin ancaq və ancaq müəyyən insanların qan örnəyinin qarışması ilə meydana gəldiyini müşahidə edib. Bütün kombinasiyalarda aparılan araşdırmalar nəticəsində örnəklər 3 qrupa ayrılıb və Lendşteyner bu qruplara təsadüfi şəkildə A (II), B (III), C (I) adlarını verib. Növbəti illərdə C adı 0 ilə dəyişdirilib və bir neçə il sonra da digər araşdırmaçılar AB (IV) qrupunu kəşf edib.

20-ci əsrin ortalarında amerikalı araşdırmaçı Filip Livayn “Rh” qan faktoruna sahib olub-olmadığına görə qan kateqoriyası təyin etməyin başqa yolunu kəşf edib. Lendşteynerin verdiyi hərf adlarının sonundakı “+” və “-” işarələri də insanın Rh faktoruna sahib olub-olmadığını göstərirdi. Lendşteyner fərqli insanlardan alınan qanları bir araya gətirdiyində bəlli qaydaların üzə çıxdığını da kəşf edib.

O, A qrupuna aid qandakı plazma A qrupundakı başqa bir insanın qırmızı qan hüceyrələri ilə qarışdığında plazma və hüceyrələrin maye halını qoruduğunu müşahidə edib. Eyni qayda B qrupuna aid plazma və qırmızı qan hüceyrələri üzərində tətbiq edilib. Ancaq A qrupundakı plazma ilə B qrupundakı qan hüceyrələri qarışdırıldığında hüceyrələr fərqli davranış göstərib. 0 qrupu üçünsə vəziyyət daha fərqli olub. Lendşteyner A, ya da B qrupu hüceyrələrini 0 qrupu plazması ilə qarışdırdığında hüceyrələr komaya girmiş kimi davranırkən, 0 qrupu qan hüceyrələrinə A və ya B plazması əlavə edildiyində hər hansı bir koma vəziyyəti müşahidə edilməyib.

Qan köçürməsini potensial olaraq təhlükəli edən də bu komalaşmadır. Əgər bir həkim A qan qrupuna sahib bir insana B qrupu qan köçürsə, bu durum qan köçürülən insanın bədənində laxtalanmaya səbəb olar. Bu laxtalanma insanda qanın dövriyyəsini saxlada bilər, qanamaya yol açar, nəfəsalmada çətinlik yaradar və insanı ölümcül hala gətirib çıxarar. Ancaq eyni qrup və ya 0 qan qrupu qan köçürməsi gerçəkləşərsə, bu risklər ortadan qalxar.

Lendşteyner bir qan qrupunu digərindən tam olaraq nəyin ayırdığını bilmirdi. Növbəti illərdə elm adamları hər qan qrupunda olan qırmızı qan hüceyrələrinin səthlərində fərqli molekullar kəşf etdi.

İnsanlarda niyə 4 qan qrupu mövcuddur? - Minillərdən gələn SİRR

Məsələn, I qrup qanda hüceyrələr bu molekulları eynən bir evin iki mərtəbəsi kimi iki mərhələdə istehsal edir. İlk mərtəbə “H antingenti” adlandırılır. Birinci mərtəbənin üstündə isə hüceyrələr ikinci mərtəbəni, yəni A antingentini yaradır.

Digər tərəfdən II qrup qana sahib insanlarda isə bu quruluş təkmərtəbəli müstəqil bir ev kimidir. 0 qan qrupuna sahib insanlar yalnız H antingentini istehsal edirlər. Üzərinə başqa bir mərtəbə artırmırlar. Hər fərdin immun sistemi öz qan qrupuna tanışdır. Əgər bir insana yanlış qan qrupuna sahib qan köçürməsi edilərsə, insanın immun sistemi, xaricdən alınan qanı bir düşmən olaraq görür və sürətli bir əks hücumla öz reaksiyasını verir.

Bu qaydanın keçərli olmadığı qan qrupu tipi isə 0 qan qrupudur. Bu qrup sadəcə digər qan qruplarının tərkibində olan H antingentini özündə birləşdirir. A ya da B qan qrupuna sahib bir insana 0 qan qrupundan qan verilərsə, immun sistemi bu duruma böyük reaksiya verməz. Buna görə də 0 qan qrupu dünyəvi olaraq ümumi qan verən qrup kimi təqdim edilir və qan mərkəzləri üçün ən dəyərli qan qrupudur.

Lendşteynerin bu çalışmaları təhlükəsiz və böyük ölçülü qan köçürmələrinə yol açıb, hətta bu günün özündə də onun metodundan istifadə edilərək qan qrupları təyin edilir.

Ancaq Lendşteyner qədim bir suala cavab verəkən yeni sualların ortaya çıxmasına səbəb olub.

Bu qan qrupları nə üçün var?

Qırmızı qan hüceyrələri niyə öz “molekul evlər”ini inşa etməklə məşğuldur?

Və insanlar niyə fərqli “molekul evlər”ə sahibdirlər?

Bu suallara qatı elmi cavablar vermək çətindir. Və təbii ki, bu müddət ərzində elmi olmayan son dərəcə axmaq açıqlamalar da populyarlıq qazanıb.

1996-cı ildə Piter D’Adamo adlı bir naturopat “Eat Right 4 Your Type” adlı kitab yayımlayıb. Müəllif bu kitabda təkamül mirasımızla bir uyğunluq əldə etmək üçün qan qrupumuza görə qida qəbul etməyimizin lazım olduğunu bildirib.

I (0) qan qrupunun Afrikadakı ovçu-yığıcı atalarımızda ortaya çıxdığını iddia edən D’Adamo II (A) qan qrupunun əkinçiliyin yaranması, III (B) qan qrupunun isə Himalay dağlarında on-on beş min il öncə yarandığını və IV (AB) qan qrupunun A və B qan qrupunun birləşməsi ilə müasir dövrümüzdə ortaya çıxdığını irəli sürüb.

Bu ehtimallardan yola çıxaraq D’Adamo qan qruplarımızın nələri yeməyimizi təyin etdiyini iddia edib. Məsələn, 0 qan qrupuna aid bir insan ətlə bəslənməlidir. D’Adamonun bu qidalanma kitabı heç bir elmi əsası olmadığı halda, 7 milyon nüsxədə satılıb və 60 dildə tərcümə edilib.

1900-cü ildə Lendşteynerin insan qan qruplarını kəşf etməsindən sonra digər elm adamları heyvanların da belə bir xüsusiyyətə malik ola biləcəyini ehtimal edib. Bu çalışmalarda bəzi primat növlərinin bəlli insan qan qrupları ilə qarışıq qana sahib olduğu ortaya çıxıb. Ancaq bir meymunun qanı ilə A qan qrupuna sahib insanın qanının komalaşmaması meymun və insanın ortaq əcdaddan bu qan qrupunu götürməsi anlamına gəlmir. A qan qrupu bir neçə dəfə təkamül prosesi keçmiş ola bilər.

Sirr yavaş-yavaş çözülməyə başlanmış, 20-ci əsrin əvvəllərində elm adamlarının qan qruplarının molekulyar biologiyasını öyrənməsi ilə qan qrupu “evinin” ikinci qatını inşa etməkdən məsuliyyət daşıyan AB0 adlı tək bir gen olduğu biligisini əldə etmişdi. Genin A versiyası B versiyasından bir neçə qapalı mutasiya ilə fərqliləşmişdir. 0 qan qrupuna sahib insanlarda isə AB0 geni A və B antingentlərinin istehsalında işləyən enzimlərin işləməsini əngəlləyən mutasiyalara uğrayıb.

Elm adamları artıq insanlardakı AB0 genini digər növlərlə qarşılaşdırmağa başlaya bilərdi. Laira Sequrel və Parisdəki Milli Elmi Araşdırma Mərkəzindəki həmkarları primatlardakı AB0 genlərinin araşdırılması üçün bu günə qədərki ən böyük araşdırmanı aparmağa başladılar.

İnsanlarda niyə 4 qan qrupu mövcuddur? - Minillərdən gələn SİRR

Araşdırmalar nəticəsində alimlər qan qruplarımızın son dərəcə qədim olduğu bilgisini əldə etdi. Meymunların və insanların həm A, həm də B qan qrupu tiplərində dəyişikliyə sahib olduğu bəlli oldu və bu dəyişikliklərin 20 milyon il öncə yaşamış ortaq bir atadan gəlmiş ola bilməsi ehtimal edildi.

Yaşayan ən yaxın əqrəbalarımız olan şimpanzelər yalnız A və 0 qan qrupu tiplərinə sahibdir. Digər tərəfdən qorillalar yalnız B qan qrupuna sahibdir. Bəzi durumlarda mutasiyalar AB0 genini dəyişdirərək A qrupunu B qrupuna çevirib. Hətta insanlarda qan qrupu “evində” AB0 proteininin evin ikinci mərtəbəsinin inşa etməsini əngəlləyən mutasiyalar keçridiyi müşahidə edilib. Bu mutasiyalar A ya da B qan qruplarını 0 qrupuna çevirib.

Bombey Fenotipi

Qan qruplarının faydalarına dair cəhalətimizin ən diqqətçəkən örnəyi 1952-ci ildə Bombeydə gün üzünə çıxıb. Həkimlər az sayda xəstədə AB0 qan qruplarının heç birinə sahib olmadıqlarını kəşf edib. A və B qan qrupunun tipləri ikimərtəbəli bir ev kimi, 0 qan qrupu təkmərtəbəli müstəqil ev kimidirsə, Bombeydəki bu xəstələrin yalnız boş bir “sahələri” var. “Bombey fenotipi” adlandırılan bu durum digər bəzi insanlarda da rast gəlindi, ancaq olduqca az sayda idi. Bu hadisənin bilinən tək tibbi riski qan köçürməsi lazım olduqda ortaya çıxdı. Bombey fenotipinə sahib insanlar yalnız özləri ilə eyni qanı daşıya bilən insanlardan qan ala bilərdilər. Ümumi donor kimi bilinən 0 qan qrupu belə bu insanların ölümünə səbəb ola bilər. Əslində Bombey fenotipi AB0 qan qrupuna sahib olmanın vacib bir şey olmadığını göstərir. Ancaq bəzi qan qrupları bizi fərqli xəstəliklərdən qoruya bilər.

20-ci əsrdə elm adamları insanları ilk dəfə qan qrupları ilə fərqli xəstəliklər arasında bir əlaqə olduğunun fərqinə varmağa başladı və siyahı gedərək böyüdü. Məsələn A qan qrupunun xərçəngin bəzi növləri (qan xərçəngi, qaraciyər xərçəngi) üçün daha yüksək risk qrupu olduğunu irəli sürdü. Ancaq qan qrupları ilə xəstəliklər arasında sirli bir əlaqənin böyük qismi sirrini qorumağa davam edir.

Bəzi müxtəlif işarələrə malik olsaq da, kəşfinin üzərindən 100 il keçməsinə baxmayaraq, qan qruplarının niyə var olduğu haqqında dəqiq bir məlumata sahib deyilik.