Qəvzin əyalətində fəaliyyət göstərən “Fulad Qəzvin” və “Arman Şəfəq” zavodları 12 illik fəaliyyətdən sonra müvəqqəti olaraq işini dayandırıb.
Axar.az xəbər verir ki, sözügedən müəssisələrin əməkdaşları iş yerlərini itirməsinə görə etiraz aksiyası keçiriblər. “Fulad Qəzvin” və “Arman Şəfəq” zavodlarının işçiləri şirkətin keçmiş sahibinin dövründə 7 ay, yeni sahibinin dövründə isə 1 ay maaş almadıqlarını bildiriblər.
Qeyd edək ki, artıq bir neçə ildir Güney Azərbaycanda fəaliyyət göstərən sənaye və istehsal müəssisələri iqtisadi gərginlik ucbatından öz fəaliyyətini məhdudlaşdırır və ya ümumiyyətlə fəaliyyətini dayandırır. Bu proses bölgədə işsizlər ordusunun sıralarını günü-gündən genişləndirir, nəticədə bir çox ailə doğma şəhər və kəndini tərk edərək İranın digər bölgələrinə köçür, bəziləri isə minimum maaş və ən ağır şərtlər altında işləməyə məcbur qalır.