Son 2 həftə ölkə ərazisində hava dəyişkənliyi müşahidə olunur. Əsasən də həftənin şənbə və bazar günlərində digər günlərə nisbətən tempratur aşağı enir və külək əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, bu və növbəti həftənin son günlərində hava dəyişkən olacaq.

Həftəsonu hava niyə dəyişkən olur?

“Bu gün axşamdan başlayaraq ölkə ərzisində hava şəraiti ötən günlərə nisbətən dəyişməsi gözlənilir. Abşeron yarmadasında bu proses küləyin güclənməsilə müşahidə olunacaq. Sabah havanın tempraturu xeyli aşağı enəcək. Optimal tempratur 20 dərəcədən yüksək olmayacaq. Şimal-qərb küləyinin güclənməsi gözlənilir. Qeyd edilən proses qısa müddətli hava dəyişkənliyilə səciyyələnəcək. Sonrakı həftə ərzində yay havası müşahidə olunacaq. Tempratur yüksələcək. Ötən həftənin son günləri, yəni iyun ayının 8-dən başlayaraq şimal küləyinin sürəti artacaq və hava soyuyacaq”, – deyə Umayra Tağıyeva bildirib.

Niyə məhz həftəsonu hava dəyişkən olur?

Mütəxəssis hesab edir ki, burada xüsusi qanunauyğunluq yodur:

“Düşünürəm ki, hava dəyişkənliyinin həftənin 6-cı və bazar günlərinə düşməsi təsadüfüdür. Bu barədə dəqiq fikir söyləmək üçün araşdırmalar aparılmalıdır. Statistikaya nəzər yetirsək görərik ki, may və iyun aylarında dəyişkən hava müşahidə olunur. Ötən illər də həftəsonu soyuq havalarla yadda qalıb”.

Umayra Tağıyeva atmosfer dəyişkənliyinin elmi tərəflərini belə izah edib: “Atmosfer çox dəyişkəndir. Bu dəyişikliklər atmosferdə olan barik sahələrinin bir-birini əvəz etməsilə bağlıdır. Elmi baxımdan bunu belə izah etmək olar. Yay fəslinin anomal isti keçməsi qlobal problemdir. Bu da qlobal iqlim dəyişkənliyinin təzahürləridir.

Dünya alimləri təsdiqləyib ki, atmosferdə istilik effekti yaradan qazların həcmi artıb. Buna görə də, qlobal miqyasda havanın orta tempraturu artır. Azərbaycanda da havanın tempraturu 1,4 dərəcəyə qədər artıb. Bu qlobal istiləşməni təsdiq edir. Burada təbii olan antropogen təsirlərin təzahürüdür”.

Beynəlxalq Eoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev BAKU.WS-ə danışıb və təbiəti insan orqanizmi ilə müqayisə edib:

Həftəsonu hava niyə dəyişkən olur?

“İnsan xəstələnəndə, burnu axır, temperaturu artır. Təbiətdə də elədir. Təbiət ona vurulan zərbələri “sağaltmaq” istəyir. Atmosferə buraxılan zəhərləri çıxartmaq istəyir. Bakıya buraxılan qaz yadınıza gəlir? Atılan tullantılara kütləvi tullantılara dözmür. Bu səbəbdən də stabil qala bilmir. Sunami yaranır, zəlzələ, tufan olur, külək qopur. Təbiət özü özünü nizamlayır”.

Fəqan Əliyev də havanın məhz istirahət günlərində pisləşməsinin təsadüfi olduğuna inandığını deyib:

“Havanın məhz həftənin şənbə və bazar günlərində dəyişməsi təsadüf ola bilər. Lakin qəfil hava dəyişməsi təbiətin qanunudur. Biz təbiəti çox zəhərliyirik”.

BAKU.WS

Загрузка...