Valyuta silahını zərərsizləşdirməkdə qərarlıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə iftar məclisində çıxışı zamanı deyib.
Türk lider onu da əlavə edib ki, ölkəsinin məqsədi G-20 ilk onluğa düşməkdir.
Qeyd edək ki, son günlər türk lirəsi ABŞ dolları qarşısında kəskin şəkildə dəyərini itirir.