Загрузка...

Ölkənin ən bahalı və ən reytinqli şousu – “Maşın” şounun 16-cı sürətinin ilk yarış günü başlayıb.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 9 tanınmış kişi və 9 tanınmış qadının maşın uğrunda mübarizəsində ilk gizli səsvermə keçirilib.

İştirakçılar ilk olaraq müğənni Roza Zərgərlini SMS səsverməsinə çıxarıblar.

Amma Roza Zərgərli yarışmada qalacağı təqdirdə kimi uzaqlaşdıracağını açıqlamayıb. Bununla belə o canlı efirdən əvvəl ünsiyyətdə olmadığı, az tanıdığı inxanlardan özünə qarşı neqativ hərəkət görəcəyi təqdirdə onlarla açıq mübarizə aparacağını deyib. Hətta o, Məcidin, Ələkbərin, Abbasın adını da çəıkib.

Mətanət Əliverdiyeva isə öz tərəfini seçərək Rozaya səs istəyib.

Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Cavidan Novruz (aktyor)
2.Mətanət Əliverdiyeva (aparıcı)
3.Ələkbər Yasamallı (meyxanaçı)
4.Günel Hümbətova (aparıcı)
5.Azər Axşam (aktyor)
6.Firuzə Cəlilova (aparıcı)
7.Məcid Hüseynov (aktyor)
8.Aytən Səfərova (aparıcı)
9.Hüseyn Əzizoğlu (video blogger)
10.İlhamə Bədəlova (aparıcı)
11.Uran (reper)
12.Rahidə Baxıçova (müğənni)
13.Əli Mirəliyev (müğənni)
14.Ruhəngiz Musəvi (müğənni)
15.Fərid Emilov – Qurd (reper)
16.Pərvin Abıyeva (aktrisa)
17.Abbas Bağırov (müğənni)
18.Roza Zərgərli (müğənni)

“Maşın” Şouda mübarizə başladı - Roza Zərgərli HƏDƏFDƏ - FOTO (YENİLƏNİR)

“Maşın” Şouda mübarizə başladı - Roza Zərgərli HƏDƏFDƏ - FOTO (YENİLƏNİR)

“Maşın” Şouda mübarizə başladı - Roza Zərgərli HƏDƏFDƏ - FOTO (YENİLƏNİR)