Загрузка...

“Dünya dolların güclənməsi və kapitalın inkişaf etməkdə olan bazarlardan çıxması səbəbindən yeni bir qlobal maliyyə böhranı ilə üzləşə bilər”.
“Ölkə.Az” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Parisdəki çıxışında milyarder Corc Soros deyib.

Soros belə bir böhranın Avropa Birliyini təhdid edəcəyini bildirib.

Onun fikrincə İranla nüvə anlaşmasından imtina və Avropa İttifaqı ilə ABŞ arasındakı transatlantik əməkdaşlığa xitam verilməsi istər-istəməz Avropa iqtisadiyyatına mənfi təsir göstərəcək və inkişaf etməkdə olan bazarlarda valyutanın devalvasiyasına, o cümlədən digər dəyişikliklərə səbəb olacaq.
Soros Avropadakı miqrasiya və iqtisadi siyasət böhranı, eləcə də Birləşmiş Krallığın ərazi cəhətdən parçalanmasına da diqqət çəkərək, “Avropanın mövcud təhlükə içində olması artıq söz deyil, acı gerçəklikdir” sözlərini xüsusi qeyd edib.

Milyarder hesab edir ki, Avropa Afrikadan gələn miqrasiya təzyiqini azaltmaq üçün təxminən 30 milyard avro dəyərində olan “Marşall Planı” hazırlamalı və onu maliyyələşdirməlidir. Soros, həmçinin, üzv ölkələrin avro bölgəsinə qoşulma öhdəliklərinin aradan qaldırılması da daxil olmaqla, AB-nin kökündən dəyişdirilməsini təklif edib.