“Real Madrid”in sabiq prezidenti Lorenzo Sans 2008-2009-cu illərdə İspaniya vergi orqanlarından 6 milyon avronu gizlətdiyini etiraf edib. Bu, Madriddə keçirilən məhkəmədə baş verib.
Qoal.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı ona 5 il azadlıqdan məhrumetmə cəzası və 3.5 milyon avro cərimə kəsilməsini tələb edib. Sansın ödəmədiyi 1.2 milyon avro cərimə də bunun üstünə əlavə oluna bilər.
Sabiq prezident günahını etiraf edəndən sonra məhkəməyə yeni materiallar təqdim edir. Onlara iyunun 27-də keçiriləcək iclasda baxılacaq.
Lorenzo Sans 1995-2000-ci illərdə “Real Madrid”in prezidenti olub. 2000-ci ildə Florentino Perez seçkilərdə 91% səs toplayaraq onu “taxtdan salmışdı”.