Загрузка...

Rusiya lideri Vladimir Putin Mixail Boçarnikovun Azərbaycana səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquq portalı məlumat yayıb.

“Mixail Boçarnikov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – deyə bildirilib.

Qeyd edək ki, 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi çalışan M.Boçarnikovun namizədliyi bir müddət əvvəl Rusiya Dövlət Duması tərəfindən təsdiqlənmişdi.