ABŞ-ın İranla nüvə razılaşmasından çıxması Pekinlə Tehran arasındakı iqtisadi əməkdaşlığa təsir etməyəcək.
Axar.az xəbər verir ki, bunu Çinin Xarici İşlər nazirinin köməkçisi Çjan Xanxuey deyib. Onun sözlərinə görə, Çin İranla nüvə razılaşmasının qorunub saxlanılacağına ümid edir.
O həmçinin İranla nüvə razılaşmasının yerinə yetirilməyəcəyi halda Çinlə İran arasındakı ortaq layihələrə ciddi zərbə vurulacağını bildirib.