Загрузка...

Çempionlar Liqasında 2017/18 mövsümünün rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi siyahıda 18 futbolçu yer alıb.

“18-lik”dən səkkizi yarışın qalibi “Real”ın üzvləridir.

Qapıçılar: Keylor Navas (“Real”), Alisson bekker (“Roma”);

Müdafiəçilər: Serxio Ramos, Marselo, Rafael Varan (hamısı “Real”), Coşua Kimmix (“Bavariya”), Corcio Kyellini (“Yuventus”), Virgil van Diyk (“Liverpul”);

Yarımmüdafiəçilər: Kazemiro, Luka Modriç, Toni Kroos (hamısı “Real”), Kevin de Bruyne (“Mançester Siti”), Xames Rodriges (“Bavariya”);

Hücumçular: Kriştianu Ronaldo (“Real”), Məhəmməd Salah, Roberto Firmino (hər ikisi “Liverpul”), Edin Dzeko (“Roma”), Lionel Messi (“Barselona”).