Məşhur aktyor Ata Demirer yeni filmə çəkilir.
Medianews.az xəbər verir ki, bu barədə o, özünün instagram profilində məlumat paylaşıb. Bozcaadadan video paylaşan gülüş ustası qısa zamanda film çəkimlərin başlayacağını bildirib. Rejissorluğunu Kıvanç Baruönü öhdəliyinə götürdüyü filmin adı “Hədəfim sənsən”dir.
Bundan başqa, Ata Demirer Amerikaya səfərə hazırlaşır. Musiqili komediya tamaşası “Ata Demirer Kazinosu” 15 iyulda Mayaminin məşhur klubu “Skorpios”da təqdim olanacaq. Şəhərin Türk sakinləri həmin gecəni həyəcanla gözləyir. Bütün yerlər artıq rezervasiya olunub.
Medianews.az