Belçikanın paytaxtı Brüsseldə qeyri-adi etiraz aksiyası keçirilib.
Medianews.az-ın məlumatına görə, Avropa İttifaqı ölkələrinin XİN rəhbərləri Qəzza danışıqları üçün bir araya gəlib, lakin Aİ binasının qarşısında baş tutan aksiya bu danışıqları kölgədə qoyub.
İsrail ordusu tərəfindən 4500 fələstinlinin öldürülməsinə etiraz olaraq, Avropa İttifaqı binasının qarşısına 4500 cüt ayaqqabı düzülüb. Aksiya Avaaz ictimai birliyi tərəfindən təşkil olunub. Qeyri-adi etiraz müddətdə dünya mətbuatının əsas gündəminə çevrilib. Ayaqqabıların yerli vaxtla saat 12:30-a qədər meydanda qalacağı bildirilib. Etiraz aksiyasına 425 mindən çox etirazçının qoşulduğu qeyd edilib.
Medianews.az