Загрузка...

Bakı-Dairəvi yolundan istifadə edən sürücülərin rahatçılığını və Şamaxinka deyilən ərazinin tıxac yükünün azaldılması üçün Dairəvi yoldan sağ hərəkət hissəsinə və Yeni Yasamaldan (sağ hərəkət hissəsindən) sola avtomagistrala qoşulmaq üçün çıxış yerləri qoyulub.

Medianews.az avtosfer.az-a istinadla xəbər verir ki, Beynəlxalq Avtovağzal istiqamətində hərəkət edən sürücülərin təhlükəsizliyini nəzərə alaraq qeyd etdiyimiz birləşmə yerində hərəkət sürəti 70 km/saat sürətə endirlib.

Beynəlxalq Avtovağzaldan Ələt istiqamətinə gedən avtomobillərin hərəkət sürətini isə 110 km/saatdan sürətdən 100 km/saat sürətə endirilib.