Bir neçə gün bundan qabaq Gürcüstanda təhsil alan azərbaycanlı tələbə intihar edib. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadə Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olub. Tələbənin intihar etməsinə səbəb kazinoda çoxlu miqdarda pul uduzmasıdır. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib. […]

İngiltərədə təhlükəsizlik xidməti işçisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı sosial şəbəkədə yaydığı video marağa səbəb olub Minval.info Türkiyə mediasına istinadla xəbər verir ki, İngiltərədə təhlükəsizlik xidməti işçisinin Ərdoğanın seçkilərdə qələbə çalması üçün Quran oxuyub dua edib. Mühafizəçinin sözləri onunla danışan xanımı təsirləndirib. Həmin şəxs türk dilini İzmirdə Ege Universitetində oxuduğu zaman öyrəndiyini deyib.

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən xalq artisti adına layiq görülən Naibə Allahverdiyeva təəssüratlarını bölüşüb. Medianews.az bildirir ki, axşam.az-a açıqlama verən aktrisa bildirib ki, xəbəri eşidəndə həyəcandan təzyiqi qalxıb: “Həyatımda bir qızım dünyaya gələndə belə sevinmişdim, bir də indi. Mayın 28-də həm ölkəmizdə gözəl bayramdı, həm də […]

Kremlin sözçüsü Dimitri Peskov iş proqramının sıxlığı ilə əlaqədar həyat yoldaşı Tatyana Navka ilə çox az görüşdüyünü, təxminən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığı qədər əlaqə saxlaya bildiyini açıqlayıb. Minval.info xəbər verir ki, Rusiyanın NTV kanalında yayımlanan proqramda iştirak edən Peskov prezident Vladimir Putinin sözçüsü olmağın çox çətin iş olduğunu, tez-tez xarici ölkələrə səfər etmək […]

Biləsuvarda 16 yaşlı nişanlı qız özünü asıb Biləsuvar rayonunda intihar hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, rayonun Ağalıkənd kəndində 2002-ci il təvəllüdlü yerli sakin Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib. Məlumata görə, S.Məmmədova nişanlı olub. Faktla bağlı araşdırma aparılır.  

Azərbaycan Prezidenti İlham Əliyev respublikanın mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq artisti” Ağalarov Emin Araz oğlu Allahverdiyeva Naibə Səyavuş qızı Aslanov Teyyub Şueyyub oğlu Cəfərov Mircavad Mirqəfər oğlu Dadaşov Azər İsmayıl oğlu Dadaşov Murad Əli oğlu Əliyeva Dinara Fuad qızı Əmirov […]

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu – Aşot Paşinyan yay çağırışı zamanı hərbi xidmətə yollanacaq. Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfaks məlumat yayıb. Paşinyan Facebook səhifəsində canlı yayımda bildirib ki, martda oğlunun 18 yaşı tamam oldu, qanuna uyğun olaraq o, hərbi xidmətə yollanacaq. Aşot Paşinyan isə işğal olunmuş Dağlıq Qarabağda hərbi xidmətdə olmaq üçün ərizə […]

“Təhsil ölkələr arasında əlaqələrin qurulmasında xüsusi rol oynayır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan – Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında deyib. Azərbaycan rəhbərliyi tərəfindən təhsilin inkişafına daima yüksək diqqət göstərildiyini deyən təhsil naziri UFAZ […]

Sosial şəbəkədə yayılan video hər kəsin diqqətini çəkib. BAKU.WS-in məlumatına görə, Bakıda çəkildiyi deyilən videoda fəhlə dəmir konstruksiyaların üzərində işləyir. Binanın fasadına dəmir konstruksiyaları quraşdıran fəhlə heç bir təhlükəsizlik qaydasına riayət olunmadan çalışır. Görənləri dəhşətə gətirən görüntü qısa zamanda minlərlə baxış toplayıb. Ölümün bir addımlığında işləyən fəhləyə iş yoldaşları “məşhur vəhşi hörümçək” deyə səslənir. Həmin […]

Aparıcı Aytən Səfərova sosial şəbəkədə ona yazılan təhqirlərə cavab verib. Axşam.az-ın məlumatına görə, o, “Xüsusi layihə” proqramında bildirib ki, onun köklüyünə söz atırlar: “İnstaqramda mənə çox şey yazırlar. Mənə “inək” deyənlərə təşəkkür edirəm. Bu, tərifdir. Xatırladım ki, inək xarici ölkələrdə müqəddəs sayılır. Minilliklər boyu inəyin təzəyindən istifadə edilib. Oxumuram çox vaxt şərhləri. Bununlada şərhlərə cavab […]

Ötən gecədən başlayaraq səhərədək İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən leysan yağışı yağıb. Medianews.az APA-ya istinadən xəbər verir ki, yağışdan sonra əmələ gələn sel suları və külək təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub. Təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları, elektrik dirəkləri aşıb, meyvə-tərəvəz və taxıl tələf olub. Rayonda […]

Çempionlar Liqasının finalında Serxio Ramos və Muhammed Salah arasında baş verənlər böyük səs-küyə səbəb olub. BAKU.WS-in məlumatına görə, “Real Madrid” və “Liverpul” arasında baş tutan qarşılaşmanın 28-ci dəqiqəsində Ramos kobud şəkildə qaydanı pozub və Salahı zədələyib. Salah isə komandasına kömək edə bilməyib və göz yaşları ilə oyunu tərk edib. Salaha qarşı kobud oyunu ilə bir […]

Bakı-Dairəvi yolundan istifadə edən sürücülərin rahatçılığını və Şamaxinka deyilən ərazinin tıxac yükünün azaldılması üçün Dairəvi yoldan sağ hərəkət hissəsinə və Yeni Yasamaldan (sağ hərəkət hissəsindən) sola avtomagistrala qoşulmaq üçün çıxış yerləri qoyulub. Medianews.az avtosfer.az-a istinadla xəbər verir ki, Beynəlxalq Avtovağzal istiqamətində hərəkət edən sürücülərin təhlükəsizliyini nəzərə alaraq qeyd etdiyimiz birləşmə yerində hərəkət sürəti 70 km/saat […]

Sosial şəbəkələrdə qadınların etimadını qazanan və daha sonra onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1 il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu […]