Загрузка...

Aktrisa Begüm Kütük İnstaqram səhifəsində uşaqlıq fotosunu paylaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı aktrisa şəklin altına “1099-ci il” qeydini yazıb.

Begümün fotosu izləyiciləri tərəfindən bəyənilib, onlar aktrisanın xeyli dəyişildiyini qeyd ediblər.

Xatırladaq ki, 2010-cu ildən karikaturaçı Erdil Yaşaroğlu evli olan Kütük ötən ay hamiləliyinin 4-cü ayında övladını itirib.

 

Onu tanıdınızmı? - Foto