Boyunuz qısadır və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur?
Elə isə Axşam.az xarici mediaya istinadən uzunboylu görünmək üçün sizə bəzi məsləhətlər verir:
1. Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən uzun və zərif qəbul edilmənizi təmin edər.
2. Şalvar və ətəklərinizin beli incə olsun.
3. Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.
4. Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.
5. Yüksək və incə dikdaban ayaqqabılar geyinin.
6. Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.
7. Üfüqi xəttli paltarlar geyməyin.
8. Geniş paltar sizi daha iri göstərər.
9. Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil.
10. Yeriyərkən çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.