Загрузка...

“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində ürək dağlıyan görüntülər tamaşaçılara təqdim edilib.

Minval.info xəbər verir ki, 5 gündür parkda yatan Əli Hüseynli Amil Xəlilə müraciət edərək, həm atasını həm də Nənəsini axtarmaq istəyib. Teleaparıcı qısa müddətdə Əlinin nənəsini tapıb. Anası haqqında isə heç bir məlumat əldə edə bilməyib.

Şəkidə qalan nənə də nəvəsindən imtina edib. “Mən qızımdan da nəvəmdən də imtina etmişəm. İki uşağı var, hərəsinin atası ayrıdır, kimdir, bilinmir”.

Efir vasitəsilə Əlini tanıyanlara səslənən Amil Xəlilə anası haqqında məlumatlar daxil olub. Sən demə Əli həqiqətən də evdə zorakılığa məruz qalıb. Əlinin açıqlamalarına görə, anası onu həm diləndirib, həm də şar satdırıb. “Mənə deyirlər ki get pul gətir. Məktəbdən də çıxardıblar. Oxumağı, yazmağı bilmirəm. Mənim taylarım məktəbə gedir, mən isə işləyirəm”

Xatırladaq ki, veriliş həftə içi hər gün saat 19:50 də, şənbə günü isə saat 22:40 da “Space” Tv-də yayımlanır.