Загрузка...

“Minlərlə, minlərlə dəfə cəhənnəmə gedin”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu İsrailin energetika naziri Yuval Steintiz fələstinlilərlə bağlı tutduqları mövqeyə görə Avropa İttifaqının ünvanına söyləyib.

Xəbərdə bildirilib ki, iki həftə əvvəl nazir İsrail – Avropa İttifaqı münasibətlərini tərifləyibmiş.

Avropa İttifaqı ilə İsrail arasında ticarət dövriyyəsinin həcmi 36 milyard dollardır.

Qeyd edək ki, mayın 14-də ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz olaraq Qəzza zolağında aksiya keçirilib. İsrail hərbçilərinin onları atəşə tutmaları nəticəsində 62 nəfər ölüb, 3 mindən çox aksiya iştirakçısı yaralanıb.