Загрузка...

2018-ci ilin yekunlarına dair proqnozlara əsasən Azərbaycan yumurta ixracını əhəmiyyətli dərəcədə artıra bilər. Bunu “Trend”ə Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

O bildirib ki, xarici ölkələrdə tələbat artacağı təqdirdə Azərbaycan ixrac həcmlərini artırmağa hazırdır:

“Bu gün bizim ixracat bazarımız Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri, eləcə də Əfqanıstan, İran, İraq, Qətər və digər ölkələrdir. Toyuq əti istehsalının maya dəyəri nisbətən yüksək olduğu üçün, biz hələ bu məhsulu ixrac etmirik”.

A.Vəliyev əlavə edib ki, bu gün Azərbaycan toyuq əti və yumurtaya olan daxili tələbatı tam ödəyir və bunun nəticəsi olaraq həmin məhsulların idxalına ehtiyac yoxdur.