Загрузка...

Müxalifətdə olan “Bağımsız Türkiye Partisi” (BTP) iyunun 24-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

Trend-in xəbərinə görə, BTP-nin seçkilərdə iştirakdan imtina etməsinin səbəbləri açıqlanmır.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

BTP-nin bu qərarından sonra parlament seçkilərində 11 partiya iştirak edəcək.

Prezident seçkilərində isə Rəcəb Tayyib Ərdoğan və daha 5 namizəd mübarizə aparacaq.