Загрузка...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata əsasən, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.