Ötən ilin yayında ana olan və xeyli çəki alan “Sihirli Annem”in “Tuçe”si aktrisa Damla Ersubaşı son görünüşü ilə hamını heyran edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2,5 aya 24 kiloqram arıqlayan Damla fotosunu izləyiciləri ilə bölüşüb.
Uzun zamandır çəkisi ilə mübarizə aparan və araıqlaya bilməyən aktrisa mədəkiçiltmə əməliyyatı keçirib. O, həkim nəzarəti altında olduğunu və bundan sonra da arıqlayacağını bildirib.
Qeyd edək ki, Ersubaşı 2016-cı ildə Mustafa Can Keserlə ailə qurub. Cütlüyün bir qızı var.