Загрузка...

Sosial şəbəkələrdə İngiltərə şahzadəsi Harri ilə ailə quran amerikalı aktrisa Meqan Marklın gəlinliyi, saç düzümü geniş müzakirə obyektinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bu məqamda internet-istifadəçiləri Kembric duşesi Keyt Midltonun gəlinliyini Meqanın gəlinliyi ilə müqayisə etməyə başlayıblar.

 

Krallıq ailəsinin gəlinlərini “savaşa çıxaran” istifadəçilərin əksəriyyəti birinci gəlindən yana olduqlarını bildiriblər. Onlar nəinki Keytin gəlinliyini, həm də insanlara qarşı münasibətində səmimiliyini də üstün tutublar.

“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib- Fotolar

Məlumat üçün bildirək ki, M. Markl həyatının ən önəmli günündə geyindiyi gəlinliyinin hazırlanmasını “Givenchy” fransız moda evinin kreativ direktoru Kler Ueyt Kellerə həvalə edib. Olduqca sadə olan gəlinliyin 135 min dollara baha başa gəldiyi bildirilir.

“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib- Fotolar

Meqan kraliça II Yelizavetanın nənəsi kraliça Merinin tacından istifadə edib.

“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib- Fotolar

Onun 5 metrlik fatasının üzərinə isə Millətlər Birliyinin 53 ölkəsinin simvolu- çiçəklər nəqş olunub.

“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib- Fotolar

Aktrisanın gəlin buketinin hazırlanmağına isə Harrinin özü kömək edib.

“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib- Fotolar
Qərb KİV-nin məlumatına görə, Harri toydan öncə Kensinqton sarayının bağçasından anası-şahzadə Diananın ən çox sevdiyi çiçəkləri-zanbaq və jasminləri toplayaraq xanımının gül buketinə əlavə edib.

Keyt Midlton sadə gəlinliyinin hazırlanmasını isə “Alexander McQueen” brendinin kreativ direktoru Sara Bertona əmanət etmişdi. Onun libasının dəyəri 435 min dollar, fatası isə 2,7 metr uzunluğunda olub.

Həmçinin qeyd olunur ki, Keyt toyunda makiyajını özü etsə də, Meqan bu işi peşəkar makiyaj ustasına həvalə edib.

“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib- Fotolar

Uilyamla Midltonun toyundan sonra minlərlə gəlin məhz Keytin gəlinliyindən tikdirib.

“Savaşa çıxarılan” gəlinlər - Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib- Fotolar