Загрузка...

Venesuelada prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra müxalifətin çağırışına baxmayaraq, paytaxt Karakasda hər hansı mitinq keçirilməyib.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Bildirilib ki, şəhərin mərkəzi küçələrində təhlükəsizlik qüvvələrinin gücləndirilmiş rejimdə fəaliyyəti gözə çarpmır. Yalnız beynəlxalq müşahidəçilərin olduğu “Qran-Meliya” oteli ətrafında xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Buna baxmayaraq, “Mən-Venesuela” adlı müxalif hərəkatı seçki nəticələrinə etiraz olaraq xalqı dinc aksiyalar keçirməyə dəvət edib. Maraqlı məqam ondan ibarətdir ki, aksiyaya cəmi bir nəfər qatılıb.

Çakao rayonunda Ramon adlı 50 yaşlı kişi üzərində “Küçə” sözü yazılan plakatla etiraza qalxıb. Onun sözlərinə görə, bu plakatla o, insanların diqqətini cəlb etməyi hədəfləyir.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq, ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.