Əməkdar artist Mehriban Xanlarova təhdid olunur.
Minval.info xəbər verir ki, sənətçi bu barədə “Space” TV-də yayımlanan “Onda başladıq” verilişində məlumat verib.
O, efir vasitəsilə mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib. M.Xanlarovanın sözlərinə görə, aktrisanı ölkədən sürgün etməklə təhdid edirlər:
“Mən rəsmi qaydada müraciət etmişəm. Oradan bu gün bildirdilər ki, bir ay sonra cavab veriləcək. Əgər mənim yaşamamda, hər şeyimdə təhdid varsa, dərdimi kimə deməliyəm? Əməkdar artist adını əlimdən almaqla, ölkədən sürgün etməklə, pambıqla başımı kəsməklə, efirlərə qadağa qoymaqla qorxudurlar. Bir təhdidlərini artıq gerçəkləşdiriblər. Məni məmurlardan biri Prezident mükafatından azad edib”.