Загрузка...

Badam insan orqanizmi üçün ən faydalı çərəzlərdən biri hesab olunur. Onun tərkibində saysız həddə minerallar və vitaminlər var. Bəs badamın düzgün istifadə qaydası və faydası nədir?

Axşam.az xarici mediaya istinadən badamın faydalarından bəhs edir:
1. Dərini qoruyur – Günəşin ultrabənövşəyi şüaları, stres dərinin daha tez yaşlanmasına səbəb olur. Badamın tərkibindəki E vitamini sərbəst radikallarla mübarizə aparır, nəm səviyyəsini qoruyur və dərinin canlanmasına kömək edir.

2. Ürək xəstəlikləri riskini azaldır – Ürək xəstəliklərinin ən böyük səbəbi qandakı xolestrol səviyyəsidir. Hər gün 20 badam yemək bu səviyyəni tənzimləyir və ürək xəstəliyi riskini azaltmış olur.

3. Arıqladır – Badam karbonhidratdan yoxsul, vitamindən bol olduğu üçün tox tutma xüsusiyyətinə sahibdir. Qan şəkərini tənzimləyir, qəbizliyin qarşısını alır. Metobolizmanı sürətləndirir.

4. Təzyiqi salır – Yüksək qan təzyiqi infarkt, insult kimi dəhşətli fəsadlara yol aça bilər. Badam tərkibindəki maqnezium sayəsində bu risklərə qarşı immuniteti daha dözümlü edir. Ancaq təzyiqin yüksəlməməsi üçün qovrulub, duzlanmamış badamları seçin.

5. Sümükləri gücləndirir – Sümük sağlamlığı üçün kalsium və maqnezium önəmlidir. Xüsusi ilə süd məhsulları ilə arası olmayanlar badamla kalsium əksikliyini nisbətən aradan qaldıra bilərlər.

6. Xərçəngin düşməni – Həm çəkiyə nəzarət etməyə kömək edir, həm də tərkibindəki antioksidanlarla xəstə hüceyrələrə qarşı mübarizə aparır.