“Onda başladıq” verilişində teleaparıcı qalmaqallı açıqlama verib.
Minval.info xəbər verir ki, proqrama dəvət alan Vüsalə Kərimova sosial şəbəkələrdəki vəziyyətə münasibət bildirib.
Teleaparıcı qeyd edib ki, onun ünvanına deyilən təhqir və təhdidlərlə bağlı müvafiq quruma müraciət edib.
Müraciətlə əlaqədar həmin şəxsləri tapıb insanın hüzuruna gətirirlər:
“Həmin insanlar gəlir üzrxahlıq edir. Bəzi hallarda onlar kişilər olur. Həmin kişilərə ana-bacıları xahiş edir bunu etməyə. Söhbət tanınmışlardan gedir. Bu nə dərəcədə düzgündür?!”