Загрузка...

ABŞ vitse-prezidenti Mayk Pens “FOX News” telekanalına müsahibəsində iddia edib ki, Pxenyan nüvə silahından imtina etməzsə, KXDR-də 7 il bundan öncə Liviyada baş vermiş hadisələr təkrarlanacaq, Kim Çen Inı isə liviyalı diktator Müəmmar Qəzzafinin taleyi gözləyir.

“Şimali Koreya liderinin Donald Trampla oynaya biləcəyini güman etmək böyük səhvdir”, – bu sözləri Pens İyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan ABŞ-KXDR danışıqlarının ləğvi variantını şərh edərkən deyib.

Lazım gələrsə, Trampın Kim Çen Inla görüşdən imtina etməyə hazır olub-olmaması ilə bağlı suala vitse-prezident belə cavab verib: “Şübhəsiz ki, bu belədir. Biz ümid edirik ki, Kim Çen In nüvə silahının hazırlanması proqramının icrasını dayandırmaq üçün bu imkandan istifadə edəcək və buy, dinc yolla baş verəcək”.

ABŞ Kim-ə bu xəbərdarlığı etdi:

Xatırladaq ki, bu cür sərt çıxışlara səbəb ötən həftə Şimali Koreyanın dövlət informasiya agentliyinin yaydığı məlumat olub. Rəsmi Pxenyan həmin məlumatda eyham vurub ki, Kim Çen Inla Trampın görüşü baş tutmaya bilər. Səbəb kimi isə ABŞ-la Cənubi Koreyanın birgə “Max Thunder” hərbi təlimləridir.

Seul bu ehtimalları əsassız sayır: ABŞ-KXDR zirvə görüşü, Koreya yarımadasındakı yeni problemlərə baxmayaraq, plana müvafiq şəkildə keçiriləcək. “Yönhap” agentliyi xəbər verir ki, bunu Koreya Respublikası prezident administrasiyasının milli təhlükəsizlik idarəsinin rəisi Çon Iy Yon deyib.

Bu məmur ABŞ prezidenti Donald Trampla sabah keçirəcəyi görüşdə Koreya Respublikasının prezidenti Mun Çje İni müşayiət edir.

“KXDR-ABŞ zirvə görüşünün keçirilmə ehtimalını 99,9 faiz kimi qiymətləndiririk”, – bunu jurnalistlərə bildirmiş Çon Iy Yon əlavə edib ki, Seul və Vaşinqton görüşün hazırlanması ilə bağlı müntəzəm məsləhətləşmələr aparırlar.