Загрузка...

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Bəhruz Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bəhruz Əsgərov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.

Amma təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyib və narkotik maddənin ona aid olmadığını deyib.

Qeyd edək ki, Bəhruz Əsgərov kriminal aləmə yaxın adamdır. Onun “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarı olduğu qeyd edilib.

Bəhruz Əsgərovun qardaşları da kriminal aləmə yaxın şəxslərdir.