Загрузка...

Türkiyədə azərbaycanlı iş adamı polis tərəfindən saxlanılıb.

34 yaşlı Elmir A. həyat yoldaşı 30 yaşlı Sevinc Kərimovanı fahişəliyə məcbur etməkdə şübhəli bilinir. Belə ki, cütlük 5 il ailəli olub. Sevinc Kərmovanın sözlərinə görə əri onu döydüyü üçün həyat yoldaşından ayrılmaq qərarına gəlib. Hətta Elmir A. arvadını döydüyü üçün bir il həbs cəzasına məhkum edilib. Elmir A. həbsdən çıxdıqdan sonra, keçmiş həyat yoldaşına barışıq təklif edib. Onlar birlikdə Antalyaya köçüblər. Sevinc Kərimova başına gələnləri polisə ifadəsində bu sözlərlə ifadə edib:

“Bir gün mənə dedi ki, axşam qonağım olacaq. Evə tanımadığımız bir yad kişi ilə gəldi. Onu evdə qoyub özü evi tərk etdi. Həmin şəxsin evdə alt paltarı ilə gəzdiyini, mənə qəribə baxışlarla baxdığını görəndə uşaqlarımı da götürüb otağa keçdim. Bir müddət sonra keçmiş ərim evə gəldi. Çox əsəbiləşmişdi. Qollarımdan tutub məni yatağa itələdi və üstümə çıxıb yumruqlamağa başladı. Övladlarımızın gözü önündə 11-ci mərtəbədən yerə atmaq istədi”.

Polisə zəng etməyə fürsət tapan qadın vətənə qayıtma qüçün yardım istəyib. Bina sakinlərinin yardımı ilə Sevinc Kərimova və uşaqlarına bilet alınaraq Bakıya göndəriliblər.

Araşdırmalardan sonra məlum olub ki, Elmir A. başqa bir azərbaycanlı qadınla ailəlidir. Onun reklam agentliyinin sahibi olduğu bildirlir. GoldNews.az