Загрузка...

Türkiyənin Kəmər şəhərində yerləşən hotellərin birindən müxtəlif əşyaları aparmaq istəyən rusiyalı turistlər ələ keçib.

Oxu.Az xəbərinə görə, hotel işçiləri tərəfindən saxlanılan turistlərin çamadanlarından tualet kağızı rulonları, dəsmallar, şampunlar, sabunlar, paket çaylar, meyvə dolu çanta və onlarla boşqab çıxıb.

YouTube kanalında yerləşdirilən videoya “rus turistlər Antalyada hotelin yarısını çamadana yerləşdirmək istəyirlər” adı verilib.