Загрузка...

Rusiya Prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkelə gül dəstəsi bağışlamasının arxasında gizli bir anlam var.

Medianews.az saytı axar.az-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Yazının müəllifi görüşü kəskin şəkildə tənqid edərək onu “siyasi duel” kimi təqdim edib. Müəlifin sözlərinə görə, Merkelin Soçiyə getməsi sözdə işgüzar səfər olaraq göstərilsə də, əslində əməldə “zərbələrin mübadiləsi” idi. Jurnalist əmindir ki, kanslerə təqdim olunan gül dəstəsi heç də nəzakət anlamına gəlmirdi.

“Nəzakətə bənzəyən bu hərəkət əslində təhqir idi. Dünya siyəsətinin aparıcı simaları gül dəstələri bağışlamaq əvəzinə bir-birilərinin əlini sıxmalıdır. Bu hərəkət Merkelə onun qadın olduğunu xatırlatmaq üçün edilmişdi. Bu isə təhqir deməkdir.”, – jurnalist hesab edir.

Xatırladaq ki, “Bild” qəzeti Merkel-Putin görüşünə həsr olunmuş materialda Putinin dünya siyasətinin ağası olduğunu Merkelə göstərdiyini də yazmışdı.