Загрузка...

Gənc və cazibədar aktrisa Nərgiz Əliyeva sosial şəbəkə izləyicilərinə qəzəblənib.

Yenicag.az-a açıqlama verən aktrisa sənətindən çox, açıq-saçıq geyimlərinin müzakirə olunmasından gileylənib:

“Mən “Xənnas” kimi uğurlu bir filmdə baş rola çəkildim. Bu mənim ilk böyük rolum idi, yaxşı mənada, səs-küy yaratdı. Lakin sənətim qaldı qıraqda, sosial şəbəkədə açıq-saçıq geyimlərim müzakirə olundu. Əvvəllər sənət adamının gördüyü işlər, yaratdığı obrazlar diqqət mərkəzində olurdusa, indi onu sənəti ilə maraqlanan yoxdur. Aktrisanın qlamur, bahalı həyatı, dekltesi, qısa ətəyi daha çox gündəm olur, nəinki sənəti. Heç bahalı həyatım da yoxdur. Göbəyiaçıq geyinirəm, yazırlar ki, açıq-saçıq geyindi. Kimin nəyinə lazımdır, Nərgiz göbəyi açıq libas geyindi, ya hansı markadan avtomobil sürdü. Adicə bir bahalı maşın sürürsən, o saat başlayırlar ki, bu cavan qız, sənətə yeni başlayıb, bu maşını hansı pullarla aldı?Mən bu sənətə gələndə bahalı maşınım olbu. Elə indi də bahalı markadan olan avtomobil sürürəm. Amma istəmirəm maşınımla reklam olunum. Axı sənətim də var”.

100 minlik “Porsche” sürən Nərgiz: ”Göbəyiaçıq geyinirəm yazırlar ki...” - FOTOLAR