Загрузка...

İsrail Xarici İşlər Nazirliyi bu ölkənin Ankaradakı səfiri Eyten Nae ilə İstanbul aeroportunda “kobud” davranılması səbəbindən Türkiyəyə etirazını bildirib.

Oxu.Az xəbər verir ki, insidentin videosu “Haaretz” qəzetinin “YouTube” kanalında yayımlanıb.

Diplomatik toxunulmazlığına baxmayaraq, aeroport əməkdaşları İstanbula gələn səfirin üzərində axtarışlar aparıblar. İsrail xarici siyasət idarəsi bu hadisəni səfirin “təhqir olunması” kimi qiymətləndirib.

Qeyd edək ki, mayın 14-də Ankara Vaşinqton və Təl-Əvivdəki səfirlərini geri çağırıb. Buna səbəb İsrail hərbçilərinin Qəzza sektorundakı fəaliyyəti olub.

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi ilə əlaqədar Qəzza zolağında keçirilən etiraz aksiyaları zamanı baş verən toqquşmalar zamanı aralarında səkkiz aylıq uşaq olan 60 fələstinli öldürülüb, 2200 nəfər xəsarət alıb.