Azərbaycan Prezidenti İlham Əliyev Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Minval.info xəbər verir ki, Xaləddin İsgəndərov 2012-ci ildən bəri bu vəzifəni yerinə yetirirdi. Onun fəaliyyəti dövründə mətbuatda onun barəsində tez-tez müxtəlif iddialar səslənir, villalarının, obyektlərinin şəkilləri yayılırdı. 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması […]

Sumqayıtda qətl törədilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb. R. Feyziyev saxlanılıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi […]

Qazın, işığın talanması 5 min manata qədər törədildikdə inzibati məsuliyyət yaradacaq – Əvvəl bu, min manatadək idi İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik İnzibati Xətalar Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının […]

Berlin Texniki Universitetinin həkimlərdən ibarət mütəxəssislər qrupu qandonduran açıqlama ilə çıxış ediblər. Onlar kliniki müşahidələrlə sübuta yetiriblər ki, ölümdən sonra həyat mövcuddur. Tibbi müşahidə altında könüllü şəxslər 20 dəqiqəlik kliniki ölüm keçiriblər. Həkimlər 4 il davam edən təcrübə müddətində iştirak edən könüllülər qrupuna adrenalin və dimetiltriptamin iynələri vurublar. Pasientlərin kliniki ölümü 20 dəqiqə çəkib. Mütəxəssislər […]

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb. Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib. Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti avqustun 23-dək artırılıb. Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda […]

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Bu haqda prezident İlham Əliyev sərəncam verib. Artıq Xaləddin İsgəndərov işçilərlə vidalaşıb. X.İsgəndərovun Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə prezidet sərəncamı elan olunub. Xaləddin İsgəndərov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində deyib: “Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”. Yeni bir vəzifəyə […]

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, mayın 17-dən iyunun 14-dək elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri […]

İsrail Xarici İşlər Nazirliyi bu ölkənin Ankaradakı səfiri Eyten Nae ilə İstanbul aeroportunda “kobud” davranılması səbəbindən Türkiyəyə etirazını bildirib. Oxu.Az xəbər verir ki, insidentin videosu “Haaretz” qəzetinin “YouTube” kanalında yayımlanıb. Diplomatik toxunulmazlığına baxmayaraq, aeroport əməkdaşları İstanbula gələn səfirin üzərində axtarışlar aparıblar. İsrail xarici siyasət idarəsi bu hadisəni səfirin “təhqir olunması” kimi qiymətləndirib. Qeyd edək ki, […]

“Hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapıldı. Böyük ehtimalla onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu”. AzərTac xəbər verir ki, bu barədə dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov […]

Bakıda ilk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) ölkənin ilk 18+ tamaşası olan “MimOda”nı uzun zamandan sonra təkrar nümayiş etdirib. BAKU.WS-in məlumatına görə, yenidən tamaşaçı axını ilə üzləşən “MimOda” bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Tamaşadan fotoları isə fotoqraf […]

Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir. Belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ”odnoklassniki” sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir. Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri […]

“Mən pulla əldə olunan qadınlardan deyiləm” Model və aktrisa Sevinc Qasımova tədbirlərin birində yenicag.az-a açıqlama verərkən belə deyib. Subay model əkscinsin nümayəndələri tərəfindən xoşagəlməz təkliflər aldığını və buna görə də onlara inanmadığını deyib: “Kişilər məni çox bezdirir. Sosial şəbəkədə mənə yazırlar, tanış olmaq istəyirlər. Ancaq mən indiki sevgilərə inanmıram. Bu gün səninlə tanış olur, sevirəm […]

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub. İtkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev APA-nın yerli bürosuna bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan […]

Şamaxı rayonunda məktəb şagirdi intihar edib. Medianews.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məsçidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb. Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini, adının Zəka olduğu bildirilən 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib. Məsciddə namaz qılan şəxslər özünü asan uşağı […]

Lakin bütün bu müxtəliflik ciddi bir yanlış anlaşılmaya gətirib çıxarır. Məsələn, qapalı bir geometriyanı ifadə etmək üçün bir kürə metaforundan istifadə edirik.

Universitetlərə qəbul balının aşağı salınması və digər bu kimi güzəştlərin tətbiq edilməsi repetitor yanına gedən tələbələrin sayına da ciddi təsir edir. Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov repititorlara müraciət edən abituriyentlərin sayının azalması haqda danışarkən deyib. Ekspert qeyd edib ki, son vaxtlar abituriyentlərin repititorlara az müraciət etməsinin digər səbəbi onların xidmət haqlarının yüksək […]

“Greencard” lotereyasında iştirak edən azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb. Oxu.Az xəbər verir ki, oyunun nəticələri mayın 15-də elan olunub. Bu dəfə “qrin-kart” əldə etmək üçün 50 mindən çox azərbaycanlı lotereyada iştirak edib. Hal-hazırda qaliblərin sayının müəyyən edilməsi üçün hesablamalar aparılır. “Greencard.az” (“United States Permanent Resident Card”ın Azərbaycandakı rəsmi nümayəndəsi) şirkətinin mütəxəssisi Röyal Cəfərovun sözlərinə görə, […]

İnvestorlar FED-in iyun ayındakı iclasında faizin bu il ikinci dəfə artırılacağını gözləyirlər San-Fransisko Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Con Uilyams (John Williams) həm ABŞ, həm də xaricdə iqtisadi mənzərənin çox müsbət olduğunu deyib və bu il 3 və ya 4 dəfə faiz artırılmasının uyğun olduğu fikrini təkrar edib. Sputnik Azərbaycan “Bloomberght”ə istinadla xəbər verir ki, […]

Avropa Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib.   Lion şəhərində baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib.   Görüş ispanların asan qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub.   UEFA Avropa Liqası   Final   16 may […]

Braziliyada iki velosipedçi möcüzə sayəsində tuneldə qatarın altında qalmaqdan xilas olublar. Publika.az xəbər verir ki, hadisənin görüntüləri hadisənin iştirakçılarından birinin – Jedson Gil Mirandanın feysbuk səhifəsində yerləşdirilib. Görüntülər onun dəbilqəsində yerləşdirilən kamera ilə qeydə alınıb. Kadrlarda görünür ki, o, başqa bir velosipedçi – Felipe Vieyrayla birlikdə boş tunelə daxil olur. Onlar gözlənilmədən fit səsi eşidirlər və […]

ABŞ-ın Ponder şəhərində (Texas ştatı) silahlı insident baş verib. APA-nın REN TV-yə istinadən məlumatına görə, naməlum silahlı fərdi evdə azı 5 nəfəri güllələyərək öldürüb, daha 1 nəfər yaralanıb. İlkin məlumata görə, silahlı evə qarət məqsədi ilə daxil olub. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.

Bu gün Azərbaycanda Ramazan ayı başlayır. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayı münasibətilə verdiyi fətvada bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edir və Ay göründüyü andan Ramazani-şərif başlayır. Mayın […]