Загрузка...

Müğənni Şəbnəm Əsədova sevənləri ilə bir araya gəlib.

Musavat.com xəbər verir ki, görüş ticarət mərkəzlərinin birində baş tutub. Alqışlarla səhnəyə çıxan müğənni sevilən mahnılarını səsləndirib. Tez-tez tamaşaçıların yanına gedən Şəbnəm onlarla foto çəkdirib.

“Sosial şəbəkələrdə sevənlərim məni görmək istədiklərini yazırdılar. Mən sevənlərimə qarşı çox səmimiyəm, onlar da bunu hiss edir. Elin gözü tərəzidir, insanlar süniliyi anlayır. Mənim saf hisslərimi tamaşaçılarım gözəl duyur. Bu dəfə də onlarla görüşüb, gözəl vaxt keçirmək istədim. 2 həftə öncədən imza günü ilə bağlı elan verildi. Bu gün burada yaşanan izdiham məni sevindirir. Bir daha əmin oldum ki, uşaqdan-qocaya, hər yaş qrupundan sevənlərim var”, – deyə, ifaçı təəssüratlarını bölüşüb.

Sonda ifaçı sevənləri ilə foto çəkdirib və onlara imzalı fotosunu paylayıb.

 

Könül
Musavat.com
Fotolar müəllifindir

 

“Onlar səmimiliyimi duyur” - Şəbnəmə görə izdiham yaşandı - Foto “Onlar səmimiliyimi duyur” - Şəbnəmə görə izdiham yaşandı - Foto “Onlar səmimiliyimi duyur” - Şəbnəmə görə izdiham yaşandı - Foto “Onlar səmimiliyimi duyur” - Şəbnəmə görə izdiham yaşandı - Foto “Onlar səmimiliyimi duyur” - Şəbnəmə görə izdiham yaşandı - Foto “Onlar səmimiliyimi duyur” - Şəbnəmə görə izdiham yaşandı - Foto “Onlar səmimiliyimi duyur” - Şəbnəmə görə izdiham yaşandı - Foto