Əməkdar artist Lalə Məmmədova Azərbaycan Milli Konservatoriyasında solo konsert verib.
Musavat.com xəbər verir ki, “Nəğməli dünya” adlı gecədə ifaçı yeni və retro mahnılar səsləndirib.
“Bu gecə tam fərqli gecə oldu. Bilirsiniz ki, mən illərdir, Azərbaycan Milli Konervatoriyasında müəllim kimi fəaliyyət göstərirəm. İndi isə onların qarşısında müğənni kimi çıxış etdim. Gözəl keçən konsertimizdən zövq aldım”, – deyə, müğənni təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Məmmədovanı “Arzular” instrumental ansamblı müşayiət edib.
Könül
Musavat.com