Загрузка...

Krım körpüsünün inşası ABŞ-ı narahat edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib.

“Bu körpünün inşası gəmilərlə yük daşımalarının həcmini məhdudlaşdırır və bu durum Ukrayna, Krımda yaşayan insanlara təsir edir”, – deyə Noyert bildirib.

Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putin Kerç boğazı üzərində salınan Krımla ölkəni birləşdirən körpünün açılışını edib.