Qüds şəhərində baş verən hadisələrlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.
Musavat.com xəbər verir ki, bu barədə baş nazirin köməkçisi, hökumət sözcüsü Bəkir Bozdağ açıqlama verib. O, bildirib ki, Fələstin xalqı ilə birlikdə olduğumuzu göstərmək, şəhidləri sayğıyla anmaq məqsədilə ölkədə 3 günlük matəm elan edilməsi ilə bağlı qərar verilib.
Qeyd edək ki, fələstinlilər ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürməsinə etiraz olaraq kütləvi aksiyalara başlayıb. İsrail hərbçilərinin aksiya iştirakçılarına atəş açması nəticəsində 55 nəfər ölüb, 3 minə yaxın adam yaralanıb.