Загрузка...

“Bəzi dövlətlərdə Ramazan ayının başlaması fərqli vaxtlarda olur”

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, Rəsədxana alimləri ilə məsləhətlər edilib:

“Mayın 17-si ilk gündür. Şəvval ayının birinci günüdür. Mən sabahdan orucumu tutmağa başlayacağam”.

A.Paşazadə qeyd edib ki, din xadimlərinin varlı şəxslər tərəfindən iftara qədər verilən ehsanlarda iştirakı düzgün deyil.

“Bu, Allaha qarşı getməkdir. Xahiş edirik ki, bu məsələyə diqqət edilsin. Din xadimlərinin belə ehsan süfrələrində iştirakı yolverilməzdir”.

QMİ sədri yalançı mollalar məsələsinə də toxunub. Bildirib ki, yalançı mollalar da narahatedici məqamlardandır:

“Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Bu da şəriətin əleyhinədir. Dini mərasimlərin sırf mollaların aparılmasına diqqət edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu məsələdə bizə yardım etməlidir”.(AzVision.az)