Bu gün Rusiya Prezidenti Vladimir Putin Kerç boğazı üzərində tikilən Krım körpüsünün açılışını edib.
Axar.az xəbər verir ki, açılış mərasimində Putinlə yanaşı Krım lideri Sergey Aksyonov, nəqliyyat naziri vəzifəsini icra edən Maksim Sokolov da iştirak edib.
Putin Krım körpüsünə inşaat texniklərinin də olduğu “KamAz” karvanında gəlib.
Qeyd edək ki, bu körpüsünün inşasına 2015-ci ildə başlanılmışdı. Körpü Krım yarımadası ilə materik Rusiyasını birləşdirir.