Загрузка...

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsinin qarşısı alınıb.

“Report” xəbər verir ki, “Koroğlu” metrostansiyası yaxınlığındakı körpüyə çıxaraq özünü aşağı atmaq istəyən 40-45 yaşlı paytaxt sakini hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xilas edilib.

Sözügedən şəxs körpüdən aşağı endirilib.

***

Bakının Nizami rayonu ərazisində, “Koroğlu” metrostansiyası yaxınlığında orta yaşlı şəxs körpüyə çıxaraq intihar etmək niyyətində olduğunu bildirib.

“Report” xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxsi fikrindən yayındırmaq üçün onunla psixoloji danışıqlar aparırlar.

Əraziyə polis əməkdaşları da gəlib.