“Nitsa”nın hücumçusu Mario Balotelli yenidən İtaliyaya qayıda bilər.
Qol.az-ın “Footbal İtalia”ya istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçunu “Roma” transfer etmək istəyir.
Futbolçunun agenti Mino Rayola ilə danışıqlar başlayıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü “Nitsa”da 36 oyuna 24 qol vurub.