Загрузка...

Bakıda qəribə hadisə baş verib. Sahibkar pişik balasını xilas etmək üçün obyektinin divarını dağıdıb.

Oxu.Az xəbər verir ki, hadisə Nuranə Orucova adlı istifadəçinin “Facebook” sosial şəbəkəsində yaydığı məlumatla başlayıb.

O, “Gənclik” metrostansiyası önündə pişiyin yüksək səslə və narahat formada miyovuldamasına diqqət çəkmişdi.

Qız pişiyin arxası ilə gedib, heyvan isə obyektlərdən birinin divarına yaxınlaşıb. Məlum olub ki, divarın arxasında pişik balası qalıb.

Nuranə obyekt sahibini tapıb və ondan kömək istəyib.

Baş verənlərdən sonra Orucova bu sözləri yazıb:

“Bu şəxsə təşəkkür etmək istərdim. Mən orada pişik balasının qaldığını deyən kimi o, divarı sındırdı və heyvanı xilas etdi”.